Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 16:4-27 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 16:4-27 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb.
5 Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz.
6 Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər.
7 Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar.
8 Salehliklə qazanılan az şey Haqsız yolla olan bol gəlirdən yaxşıdır.
9 İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
10 Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar, Qoy onda məhkəmədə ədalətdən yan keçməsin.
11 Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər.
12 Şər iş görmək padşahlarda ikrah yaradar, Çünki salehliklə taxtlar möhkəm olar.
13 Saleh adamın dili padşahları razı salar, Onlar düz danışanı sevər.
14 Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar.
15 Padşahın üzü nuranidirsə, demək, həyat var, Razılığı yaz yağışı gətirən buluda oxşar.
16 Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular.
17 Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.
18 Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
19 Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.
20 Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır!
21 Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.
22 Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir.
23 Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir.
24 Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır.
25 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
26 Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir.
27 Yaramaz şər quyusu qazar, Dili alov kimi yandırıb-yaxar.
Süleymanin Məsəlləri 16 in Azərbaycan dilində Müqəddəs Kitab