17 Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.
18 Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
19 Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.
20 Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır!
21 Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.
22 Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir.
23 Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir.
24 Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır.