Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 16:16-31 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 16:16-31 in Azərbaycan dilində Müqəddəs Kitab

16 Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular.
17 Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.
18 Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
19 Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.
20 Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır!
21 Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.
22 Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir.
23 Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir.
24 Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır.
25 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
26 Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir.
27 Yaramaz şər quyusu qazar, Dili alov kimi yandırıb-yaxar.
28 Hiyləgər adam dava yaradar, Qeybətçi əziz dostları ayırar.
29 Zorakı qonşularını aldadar, Onları yaxşı olmayan yola aparar.
30 Niyyəti hiyləli olan göz vurar, Dodaq büzər, şər qurar.
31 Ağaran saçlar şərəf tacıdır, Salehlik yolunun qazancıdır.
Süleymanin Məsəlləri 16 in Azərbaycan dilində Müqəddəs Kitab