Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 15:27-33 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 15:27-33 in Azərbaycan dilində Müqəddəs Kitab

27 Tamahkar külfətini əzaba salar, Rüşvətə nifrət edənin ömrü uzun olar.
28 Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, Şər insanın dilindən pislik tökülər.
29 Rəbb şər adamdan gen dayanar, Saleh insanların duasına qulaq asar.
30 Nurlu gözlər qəlbi sevindirər, Yaxşı xəbər qəddi düzəldər.
31 Həyatverici məzəmmətə qulaq asan Hikmətlilərin içərisində yaşar.
32 Tərbiyəni rədd edən öz canına xor baxar, Məzəmmətə qulaq asan anlayış qazanar.
33 Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr.
Süleymanin Məsəlləri 15 in Azərbaycan dilində Müqəddəs Kitab