Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 15:19-24 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 15:19-24 in Azərbaycan dilində Müqəddəs Kitab

19 Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur.
20 Hikmətli oğul atasını sevindirər, Axmaq anasına xor baxar.
21 Qanmaz səfehlikdən sevinər, Dərrakəli düz yolla gedər.
22 Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar.
23 İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!
24 Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər.
Süleymanin Məsəlləri 15 in Azərbaycan dilində Müqəddəs Kitab