Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 15:13-25 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 15:13-25 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Qəlbin sevinci üzü xoş edər, Ürəyin kədəri könlü sındırar.
14 Dərrakəlinin könlü bilik axtarar, Axmaqların ağzı səfehliklə qidalanar.
15 Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.
16 Rəbb qorxusu ilə qazanılan az şey Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır.
17 Sevgi dolu bir yerdə göyərti yemək Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır.
18 Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar.
19 Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur.
20 Hikmətli oğul atasını sevindirər, Axmaq anasına xor baxar.
21 Qanmaz səfehlikdən sevinər, Dərrakəli düz yolla gedər.
22 Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar.
23 İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!
24 Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər.
25 Rəbb təkəbbürlünün evini yıxar, Dul qadının sərhədini qoruyar.
Süleymanin Məsəlləri 15 in Azərbaycan dilində Müqəddəs Kitab