Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 14:7-14 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 14:7-14 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan.
8 Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar.
9 Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
10 Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
11 Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
12 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
13 Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var.
14 Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır.
Süleymanin Məsəlləri 14 in Azərbaycan dilində Müqəddəs Kitab