Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 14:6-12 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 14:6-12 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar.
7 Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan.
8 Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar.
9 Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
10 Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
11 Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
12 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
Süleymanin Məsəlləri 14 in Azərbaycan dilində Müqəddəs Kitab