Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 14:4-18 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 14:4-18 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Öküz olmayan yerdə axur təmiz olar, Amma bol məhsul öküzün gücü ilə yaranar.
5 Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar.
6 Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar.
7 Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan.
8 Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar.
9 Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
10 Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
11 Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
12 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
13 Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var.
14 Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır.
15 Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar.
16 Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.
17 Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.
18 Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular.
Süleymanin Məsəlləri 14 in Azərbaycan dilində Müqəddəs Kitab