Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 12:11-24 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 12:11-24 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər.
12 Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər.
13 Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar.
14 İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar.
15 Səfehin yolu öz gözündə düz görünər, Hikmətli adam nəsihəti dinlər.
16 Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər.
17 Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.
18 Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.
19 Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
20 Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar.
21 Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar.
22 Rəbb yalançı dilə ikrah edər, Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.
23 Uzaqgörən bildiyini özü üçün saxlar, Axmaq qəlbinin səfehliyini hamıya yayar.
24 Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər.
Süleymanin Məsəlləri 12 in Azərbaycan dilində Müqəddəs Kitab