Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 12

Süleymanin Məsəlləri 12:11-24

Help us?
Click on verse(s) to share them!
11Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər.
12Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər.
13Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar.
14İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar.
15Səfehin yolu öz gözündə düz görünər, Hikmətli adam nəsihəti dinlər.
16Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər.
17Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.
18Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.
19Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
20Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar.
21Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar.
22Rəbb yalançı dilə ikrah edər, Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.
23Uzaqgörən bildiyini özü üçün saxlar, Axmaq qəlbinin səfehliyini hamıya yayar.
24Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər.

Read Süleymanin Məsəlləri 12Süleymanin Məsəlləri 12
Compare Süleymanin Məsəlləri 12:11-24Süleymanin Məsəlləri 12:11-24