Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 11:17-30 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 11:17-30 in Azərbaycan dilində Müqəddəs Kitab

17 İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər.
18 Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
19 Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.
20 Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar.
21 Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.
22 Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər.
23 Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar.
24 Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər.
25 Comərd bolluğa yetişər, Su verənə su verilər.
26 Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar.
27 Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar.
28 Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər.
29 Külfətini əzaba salanın nəsibi yel tək sovrular, Qəlbində hikmət olana səfeh qul olar.
30 Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar.
Süleymanin Məsəlləri 11 in Azərbaycan dilində Müqəddəs Kitab