Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 11:16-24 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 11:16-24 in Azərbaycan dilində Müqəddəs Kitab

16 Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar.
17 İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər.
18 Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
19 Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.
20 Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar.
21 Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.
22 Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər.
23 Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar.
24 Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər.
Süleymanin Məsəlləri 11 in Azərbaycan dilində Müqəddəs Kitab