Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 10:18-32 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 10:18-32 in Azərbaycan dilində Müqəddəs Kitab

18 Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.
19 Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
20 Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar.
21 Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.
22 Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
23 Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
24 Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.
25 Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar.
26 Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.
27 Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar.
28 Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar.
29 Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.
30 Saleh heç vaxt sarsılmaz, Şər insanlar yer üzündə qalmaz.
31 Salehin ağzı hikmətlə çiçəklənər, Hiyləli dillər kəsilər.
32 Saleh insanın dili razı salmağı bacarar, Şər insanın ağzından hiyləli sözlər çıxar.
Süleymanin Məsəlləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab