Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 10:17-21 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 10:17-21 in Azərbaycan dilində Müqəddəs Kitab

17 Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar.
18 Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.
19 Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
20 Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar.
21 Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.
Süleymanin Məsəlləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab