Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 10:1-17 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 10:1-17 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər, Axmaq oğul anasına dərd gətirər.
2 Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz, Amma salehlik insanı ölümdən qurtarar.
3 Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz.
4 Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar.
5 Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar.
6 Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar.
7 Saleh insanın adı xeyir-dua ilə çağırılar, Şər adamın adı isə çürüyər.
8 Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.
9 Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.
10 Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.
11 Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar.
12 Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.
13 Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər.
14 Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar.
15 Zənginin var-dövləti ona qalalı şəhərdir, Kasıbı yoxsulluq bəlaya salar.
16 Salehin mükafatı həyatdır, Şər adamınsa qazancı günahdır.
17 Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar.
Süleymanin Məsəlləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab