Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 10:1-12 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 10:1-12 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər, Axmaq oğul anasına dərd gətirər.
2 Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz, Amma salehlik insanı ölümdən qurtarar.
3 Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz.
4 Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar.
5 Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar.
6 Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar.
7 Saleh insanın adı xeyir-dua ilə çağırılar, Şər adamın adı isə çürüyər.
8 Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.
9 Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.
10 Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.
11 Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar.
12 Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.
Süleymanin Məsəlləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab