Text copied!
Bibles in South Azerbaijani

Romalilara 7:8-19 in South Azerbaijani

Help us?

Romalilara 7:8-19 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi; çünki Qanun olmasa, günah ölüdür.
9 Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi,
10 mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi.
11 Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü.
12 Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır.
13 Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin.
14 Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam.
15 Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm.
16 Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki, Qanun yaxşıdır.
17 Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür.
18 Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
19 İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm.
Romalilara 7 in Azərbaycan dilində Müqəddəs Kitab