Text copied!
Bibles in South Azerbaijani

Romalilara 16:7-17 in South Azerbaijani

Help us?

Romalilara 16:7-17 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
8 Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
9 Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.
10 Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın.
11 Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.
12 Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.
13 Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.
14 Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.
15 Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
16 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
17 Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.
Romalilara 16 in Azərbaycan dilində Müqəddəs Kitab