Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Romalilara - Romalilara 16

Romalilara 16:7-17

Help us?
Click on verse(s) to share them!
7Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
8Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
9Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.
10Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın.
11Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.
12Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.
13Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.
14Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.
15Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
16Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
17Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.

Read Romalilara 16Romalilara 16
Compare Romalilara 16:7-17Romalilara 16:7-17