Text copied!
Bibles in South Azerbaijani

Romalilara 12:1-15 in South Azerbaijani

Help us?

Romalilara 12:1-15 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
2 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
3 Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün.
4 Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil.
5 Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik.
6 Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin;
7 ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin;
8 nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.
9 Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
10 Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
11 Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
12 Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
13 Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
14 Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.
15 Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
Romalilara 12 in Azərbaycan dilində Müqəddəs Kitab