Text copied!
Bibles in South Azerbaijani

Nəğmələr Nəğməsi 5:1-4 in South Azerbaijani

Help us?

Nəğmələr Nəğməsi 5:1-4 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için!
2 Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim! İslandı başım şehdən, Saçım gecənin nəmindən».
3 Soyunmuşam paltarımı, Geyinimmi təzədən? Yumuşam ayaqlarımı, Bulaşdırımmı yenidən?
4 Sevgilim əlini qapının deşiyindən uzatdı, Onun üçün mənim köksüm oynadı.
Nəğmələr Nəğməsi 5 in Azərbaycan dilində Müqəddəs Kitab