Text copied!
Bibles in South Azerbaijani

Nəğmələr Nəğməsi 4:10-16 in South Azerbaijani

Help us?

Nəğmələr Nəğməsi 4:10-16 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir.
11 Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir.
12 Ay həmdəmim, ay gəlin! Bir qapısı bağlı bağçasan, Örtülü bir bulaq, möhürlənmiş bulaqsan.
13 Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.
14 Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var.
15 Sən bağçaların bulağısan, Canlı su qaynağısan, Livanın axar suyusan.
16 Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.
Nəğmələr Nəğməsi 4 in Azərbaycan dilində Müqəddəs Kitab