Text copied!
Bibles in South Azerbaijani

Mark 5:21-27 in South Azerbaijani

Help us?

Mark 5:21-27 in Azərbaycan dilində Müqəddəs Kitab

21 İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi.
22 Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü.
23 Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın».
24 İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı.
25 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi.
26 O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi.
27 Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu.
Mark 5 in Azərbaycan dilində Müqəddəs Kitab