Text copied!
Bibles in South Azerbaijani

Luka 17:11-25 in South Azerbaijani

Help us?

Luka 17:11-25 in Azərbaycan dilində Müqəddəs Kitab

11 İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi.
12 Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub
13 ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!»
14 İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular.
15 Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı.
16 O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi.
17 Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır?
18 Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»
19 Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi».
20 Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz.
21 Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».
22 İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz.
23 Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin!
24 Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq.
25 Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.
Luka 17 in Azərbaycan dilində Müqəddəs Kitab