Text copied!
Bibles in South Azerbaijani

Levililər 23:27-37 in South Azerbaijani

Help us?

Levililər 23:27-37 in Azərbaycan dilində Müqəddəs Kitab

27 «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin.
28 Həmin gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə günüdür.
29 Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun.
30 O gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm.
31 Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
32 O gün sizin üçün Şənbə istirahət günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın doqquzuncu günü axşamdan ertəsi günün axşamına qədər Şənbə günü kimi istirahət edin”».
33 Rəbb Musaya dedi:
34 «İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin.
35 Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin.
36 Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür, gündəlik işlərinizi görməyin.
37 Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin.
Levililər 23 in Azərbaycan dilində Müqəddəs Kitab