Text copied!
Bibles in South Azerbaijani

Levililər 23:21-31 in South Azerbaijani

Help us?

Levililər 23:21-31 in Azərbaycan dilində Müqəddəs Kitab

21 Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
22 Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».
23 Rəbb Musaya dedi:
24 «İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun.
25 O gün heç bir gündəlik iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”».
26 Rəbb Musaya dedi:
27 «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin.
28 Həmin gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə günüdür.
29 Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun.
30 O gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm.
31 Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
Levililər 23 in Azərbaycan dilində Müqəddəs Kitab