Text copied!
Bibles in South Azerbaijani

Levililər 21:8-15 in South Azerbaijani

Help us?

Levililər 21:8-15 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm.
9 Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın.
10 Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın.
11 Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin.
12 O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm.
13 Bu kahin bakirə qız alsın;
14 dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki,
15 onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”».
Levililər 21 in Azərbaycan dilində Müqəddəs Kitab