Text copied!
Bibles in South Azerbaijani

Levililər 21:11-15 in South Azerbaijani

Help us?

Levililər 21:11-15 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin.
12 O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm.
13 Bu kahin bakirə qız alsın;
14 dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki,
15 onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”».
Levililər 21 in Azərbaycan dilində Müqəddəs Kitab