Text copied!
Bibles in South Azerbaijani

Hakimlər 6:12-25 in South Azerbaijani

Help us?

Hakimlər 6:12-25 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir».
13 Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib».
14 Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?»
15 Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm».
16 Rəbb ona dedi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan».
17 Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir.
18 Rica edirəm, mən sənin yanına qurbanımı gətirib təqdim edənə qədər buradan getmə». Rəbb Gideona dedi: «Sən geri qayıdana qədər Mən burada gözləyirəm».
19 Gideon içəri girdi. Bir oğlaq kəsib bir efa undan mayasız çörəklər bişirdi və əti səbətə qoydu, ətin suyunu isə qazana tökdü. Sonra onları palıd ağacının altına – Rəbbin yanına gətirib Ona təqdim etdi.
20 Allahın mələyi ona dedi: «Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök». Gideon belə də etdi.
21 Rəbbin mələyi əlində olan əsanın ucunu oraya uzadıb ətlə mayasız çörəklərə toxunanda qayadan alov çıxdı və ətlə mayasız çörəkləri udub yox etdi. Sonra Rəbbin mələyi onun gözü önündəcə qeyb oldu.
22 Gideon Onun Rəbbin mələyi olduğunu anlayıb dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm».
23 Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən».
24 Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.
25 Həmin gecə Rəbb Gideona dedi: «Get, atanın ikinci yeddiillik buğasını götür. Sonra get, atanın Baal bütünə düzəltdiyi qurbangahı dağıt və yanındakı Aşera bütünü kəs.
Hakimlər 6 in Azərbaycan dilində Müqəddəs Kitab