Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 6

Hakimlər 6:12-25

Help us?
Click on verse(s) to share them!
12Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir».
13Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib».
14Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?»
15Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm».
16Rəbb ona dedi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan».
17Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir.
18Rica edirəm, mən sənin yanına qurbanımı gətirib təqdim edənə qədər buradan getmə». Rəbb Gideona dedi: «Sən geri qayıdana qədər Mən burada gözləyirəm».
19Gideon içəri girdi. Bir oğlaq kəsib bir efa undan mayasız çörəklər bişirdi və əti səbətə qoydu, ətin suyunu isə qazana tökdü. Sonra onları palıd ağacının altına – Rəbbin yanına gətirib Ona təqdim etdi.
20Allahın mələyi ona dedi: «Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök». Gideon belə də etdi.
21Rəbbin mələyi əlində olan əsanın ucunu oraya uzadıb ətlə mayasız çörəklərə toxunanda qayadan alov çıxdı və ətlə mayasız çörəkləri udub yox etdi. Sonra Rəbbin mələyi onun gözü önündəcə qeyb oldu.
22Gideon Onun Rəbbin mələyi olduğunu anlayıb dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm».
23Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən».
24Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.
25Həmin gecə Rəbb Gideona dedi: «Get, atanın ikinci yeddiillik buğasını götür. Sonra get, atanın Baal bütünə düzəltdiyi qurbangahı dağıt və yanındakı Aşera bütünü kəs.

Read Hakimlər 6Hakimlər 6
Compare Hakimlər 6:12-25Hakimlər 6:12-25