Text copied!
Bibles in South Azerbaijani

Hakimlər 20:36-39 in South Azerbaijani

Help us?

Hakimlər 20:36-39 in Azərbaycan dilində Müqəddəs Kitab

36 Binyamin övladları gördülər ki, məğlub oldular. Belə oldu ki, İsraillilər Giveaya qarşı qurduqları pusquda duranlara güvəndiklərinə görə Binyaminlilərə meydan vermişdilər.
37 Pusquda duran adamlar cəld tərpənib Giveaya hücum etdilər və ətrafa yayılaraq bütün şəhəri qılıncdan keçirtdilər.
38 Şəhərdən qalxan böyük tüstü İsraillilərlə pusquda duranlar arasında təyin olunmuş işarə idi.
39 Bu işarəyə görə döyüş meydanındakı İsraillilər dönüb Binyaminlilərin üzərinə getməli idi. Binyaminlilər İsrailliləri qırmağa başladılar və otuz nəfərə qədər adamı öldürdülər. Ona görə də belə dedilər: «Yəqin əvvəlki döyüşdə olduğu kimi önümüzdə məğlub olurlar».
Hakimlər 20 in Azərbaycan dilində Müqəddəs Kitab