Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 26:3-9 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 26:3-9 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as.
4 Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm.
5 Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər.
6 İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram.
7 Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edirlər.
8 Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır?
9 Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm.
Həvarilərin Işləri 26 in Azərbaycan dilində Müqəddəs Kitab