Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 3:8-16 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 3:8-16 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır.
9 İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?»
10 Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi.
11 Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin,
12 Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq.
13 Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq.
14 Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam».
15 Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi.
16 Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu.
Birinci Padşahlar 3 in Azərbaycan dilində Müqəddəs Kitab