Text copied!
Bibles in South Azerbaijani

Zəbur 9:8-20 in South Azerbaijani

Help us?

Zəbur 9:8-20 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir.
9 Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır.
10 İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
11 Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin!
12 O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur.
13 Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
14 Sion qızının darvazalarında Qoy Sənə edilən həmdlərimdən danışım, Səndə xilas taparaq şadlanım!
15 Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib.
16 Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, Sela
17 Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək.
18 Çünki fəqir adam həmişəlik unudulmaz, Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz.
19 Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin, Sənin hüzurunda millətlər məhkum edilsin.
20 Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar, Qoy onlar bilsinlər ki, yalnız insandırlar. Sela
Zəbur 9 in Azərbaycan dilində Müqəddəs Kitab