Text copied!
Bibles in South Azerbaijani

Zəbur 9:4-13 in South Azerbaijani

Help us?

Zəbur 9:4-13 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin.
5 Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin.
6 Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, Onların xatirəsi də məhv oldu.
7 Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub.
8 Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir.
9 Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır.
10 İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
11 Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin!
12 O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur.
13 Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
Zəbur 9 in Azərbaycan dilində Müqəddəs Kitab