Text copied!
Bibles in South Azerbaijani

Zəbur 96:4-12 in South Azerbaijani

Help us?

Zəbur 96:4-12 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
5 Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
6 Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
7 Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
8 Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
9 Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
10 Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək».
11 Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın,
12 Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin
Zəbur 96 in Azərbaycan dilində Müqəddəs Kitab