Text copied!
Bibles in South Azerbaijani

Zəbur 8:2-7 in South Azerbaijani

Help us?

Zəbur 8:2-7 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun.
3 Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
4 «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
5 Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun,
6 Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:
7 Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları,
Zəbur 8 in Azərbaycan dilində Müqəddəs Kitab