Text copied!
Bibles in South Azerbaijani

Zəbur 89:31-47 in South Azerbaijani

Help us?

Zəbur 89:31-47 in Azərbaycan dilində Müqəddəs Kitab

31 Qaydalarımı pozsalar, Əmrlərimə əməl etməsələr,
32 Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam, Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.
33 Amma yenə də məhəbbətimi atmaram, Sədaqətimi yalan olmağa qoymaram.
34 Öz əhdimi pozmaram, Dilimdən çıxan sözləri dəyişmərəm.
35 Müqəddəsliyim naminə bir dəfə and içmişəm: Davuda yalandan söz verməyəcəyəm.
36 Sülaləsi taxtda əbədi qalacaq, Taxtı hüzurumda günəş kimi duracaq.
37 Ay kimi – Göydəki etibarlı şahid kimi sabit qalacaq». Sela
38 Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən, Sən onu rədd etmisən, ona arxa çevirmisən.
39 Qulunla bağladığın əhddən imtina etmisən, Tacını toz-torpağa atıb bulaşdırmısan.
40 Bütün divarlarını yıxmısan, Qalalarını viran etmisən.
41 Yoldan keçənlər oranı soyub-talayırlar, Qonşuları ona tənə vururlar.
42 Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən.
43 Qılıncının ağzını kütləşdirmisən, Onu döyüşdə qaldırmamısan.
44 Onu şərəfdən salmısan, Taxtını yerlə yeksan etmisən.
45 Nə tez onu gəncliyindən saldın, Onu xəcalətə bürüdün. Sela
46 Ya Rəbb, nə vaxta qədər, Yoxsa əbədilikmi bizdən gizlənəcəksən, Od tutub qəzəbdən yanacaqsan?
47 Ömrümün nə tez keçdiyini xatırla, Bütün bəşər övladlarını nə fani yaratmısan!
Zəbur 89 in Azərbaycan dilində Müqəddəs Kitab