Text copied!
Bibles in South Azerbaijani

Zəbur 89:1-12 in South Azerbaijani

Help us?

Zəbur 89:1-12 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Ezrahlı Etanın maskili. Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək.
2 Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır.
3 Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm:
4 “Mən nəslini əbədi sarsılmaz edəcəyəm, Sülaləni taxtında sonsuzadək yaşadacağam”». Sela
5 Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.
6 Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
7 Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir.
8 Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb.
9 Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan.
10 Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın.
11 Göylər Sənin, yer üzü Sənin, Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.
12 Sən şimalı, cənubu yaratmısan, Tavor və Xermon adına mədh oxuyur.
Zəbur 89 in Azərbaycan dilində Müqəddəs Kitab