Text copied!
Bibles in South Azerbaijani

Zəbur 88:5-10 in South Azerbaijani

Help us?

Zəbur 88:5-10 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm.
6 Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın.
7 Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. Sela
8 Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm,
9 Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram.
10 Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Sela
Zəbur 88 in Azərbaycan dilində Müqəddəs Kitab