Text copied!
Bibles in South Azerbaijani

Zəbur 84:1-5 in South Azerbaijani

Help us?

Zəbur 84:1-5 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının «Gittit» üstə oxunan məzmuru. Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir,
2 Qəlbim Rəbbin həyətinin həsrətindədir, Könlüm, cismim var olan Allaha mədh oxuyur.
3 Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar.
4 Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! Sela
5 Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!
Zəbur 84 in Azərbaycan dilində Müqəddəs Kitab