Text copied!
Bibles in South Azerbaijani

Zəbur 83:4-14 in South Azerbaijani

Help us?

Zəbur 83:4-14 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək».
5 Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər:
6 Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər,
7 Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi.
8 Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. Sela
9 Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
10 Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular.
11 Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et.
12 Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq».
13 Ey Allahım, onları sovrulan toza, Küləyin süpürdüyü saman qırıntısına çevir.
14 Meşəni yandıran od kimi, Dağları alışdıran alov kimi
Zəbur 83 in Azərbaycan dilində Müqəddəs Kitab