Text copied!
Bibles in South Azerbaijani

Zəbur 81:8-14 in South Azerbaijani

Help us?

Zəbur 81:8-14 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Ey xalqım, dinlə, xəbərdarlıq edirəm, Ey İsrail, kaş ki Məni dinləyəydin!
9 Aranızda özgə allah olmasın, Yad allaha kimsə səcdə qılmasın.
10 Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm.
11 Lakin xalqım səsimi eşitmədi, İsrail nəsli Məni istəmədi.
12 Onların inadkar qəlblərinə izin verdim ki, Necə istəyirlər, elə gəzsinlər.
13 Kaş ki xalqım Mənə qulaq asaydı, İsrail nəsli Mənim yolumla gedəydi!
14 Bir anda düşmənlərini yerə sərərdim, Əlimi yağılarının üstünə qaldırardım.
Zəbur 81 in Azərbaycan dilində Müqəddəs Kitab