Text copied!
Bibles in South Azerbaijani

Zəbur 7:3-14 in South Azerbaijani

Help us?

Zəbur 7:3-14 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə,
4 Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə,
5 Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. Sela
6 Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et!
7 Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
8 Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
9 Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
10 Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.
11 Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.
12 Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar,
13 Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar.
14 Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.
Zəbur 7 in Azərbaycan dilində Müqəddəs Kitab