Text copied!
Bibles in South Azerbaijani

Zəbur 7:11-17 in South Azerbaijani

Help us?

Zəbur 7:11-17 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.
12 Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar,
13 Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar.
14 Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.
15 Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər.
16 Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər.
17 Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!
Zəbur 7 in Azərbaycan dilində Müqəddəs Kitab