Text copied!
Bibles in South Azerbaijani

Zəbur 78:58-70 in South Azerbaijani

Help us?

Zəbur 78:58-70 in Azərbaycan dilində Müqəddəs Kitab

58 Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
59 Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
60 İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.
61 Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi.
62 Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.
63 İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı.
64 Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.
65 O zaman Xudavənd yuxulu insan kimi oyandı, Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
66 Düşmənlərini vuraraq geri atdı, Əbədi olaraq onları rüsvay etdi.
67 Yusifin nəslini rədd etdi, Efrayim qəbiləsini seçmədi.
68 Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi.
69 Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi.
70 Çoban olan qulu Davudu seçdi, Onu qoyun ağıllarından götürdü.
Zəbur 78 in Azərbaycan dilində Müqəddəs Kitab