31 Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi.
32 Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar.
33 Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi.
34 Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.
35 Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi.
36 Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar.
37 Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar.
38 Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır.
39 Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
40 Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41 Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42 Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü,