Text copied!
Bibles in South Azerbaijani

Zəbur 78:18-35 in South Azerbaijani

Help us?

Zəbur 78:18-35 in Azərbaycan dilində Müqəddəs Kitab

18 İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər.
19 Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər?
20 Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?»
21 Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı.
22 Çünki onlar Allaha inanmırdılar, Onun qurtuluşuna arxalanmırdılar.
23 Bununla belə, uca səmaya əmr etdi, Göylərin qapılarını açdırdı.
24 Onlara yemək üçün manna yağdırdı, Göylərin taxılını verdi.
25 İnsan mələklərin çörəyindən yedi, Onlara doyunca yemək verildi.
26 Göylərdə şərq küləyini əsdirdi, Qüdrəti ilə cənub küləyini gətirdi.
27 Başlarına toz kimi ət yağdırdı, Onlara dənizdəki qum qədər quşlar göndərdi.
28 Düşərgələrinin ortasına, Qaldıqları yerin ətrafına səpələdi.
29 Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi.
30 Lakin iştahaları qurtarmamış, Yemək ağızlarında olarkən
31 Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi.
32 Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar.
33 Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi.
34 Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.
35 Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi.
Zəbur 78 in Azərbaycan dilində Müqəddəs Kitab