Text copied!
Bibles in South Azerbaijani

Zəbur 78:11-26 in South Azerbaijani

Help us?

Zəbur 78:11-26 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Allahın işlərini, Göstərdiyi xariqələrini unutdular.
12 Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
13 Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı.
14 Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
15 Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
16 Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı.
17 Amma onlar günah etməyi davam etdirdilər, Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
18 İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər.
19 Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər?
20 Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?»
21 Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı.
22 Çünki onlar Allaha inanmırdılar, Onun qurtuluşuna arxalanmırdılar.
23 Bununla belə, uca səmaya əmr etdi, Göylərin qapılarını açdırdı.
24 Onlara yemək üçün manna yağdırdı, Göylərin taxılını verdi.
25 İnsan mələklərin çörəyindən yedi, Onlara doyunca yemək verildi.
26 Göylərdə şərq küləyini əsdirdi, Qüdrəti ilə cənub küləyini gətirdi.
Zəbur 78 in Azərbaycan dilində Müqəddəs Kitab